15 C
Baku
16 Aprel 2024, 22:41
Mədəniyyət

“Bakının açarı” filminin qala gecəsi keçirilib

Bugun.tv xəbər verir ki, “Gənclik Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında Azərbaycan Film Akademiyasının “Bakının açarı” detektiv filminin Qala gecəsi baş tutub.

Filmin rejissoru Zaur Tahirsoydur. Baş rollarda Urfan Cabbarlı, Nərmin Əhməd, İbrahim Əlizadə, Vüsal Tağıyev, Fidan İsmayılova, Maya Hüseynli, Anar Əli çəkiliblər.

Film haqqında qısa məlumat : Xanlıqlar dövründə Bakının yeraltı şəhərinin açarı rusların əlinə keçir. Açar ruslarda olsa da Bakının yeraltı şəhərinin yerini ancaq Bakının qoruyucuları bilir. Qoruyuculardan sonuncusu günümüzdə tarix müəllimi işləyir. O açarı ələ keçirmək üçün şəhərin ən yaxşı 5 oğrusunu bir araya yığıb açarı rusların Bakıdakı tarix muzeyindən oğurlamaq planı qurur. Ruslar da muzeydə açarın oğurlanmasını gözləyir ki, qoruyucunun izinə düşsünlər.

Tədbirin təşkilində Cinema Distribution və «MADO» restoranı dəstək göstəriblər.

Qeyd etmək istərdik ki, film noyabrın 24-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etməyə və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

 

Nigar Məmmədova

Oxşar xəbərlər

“Qutsal yolçu”nun təqdimatı olacaq

Nigar Məmmədova

QHT-lər Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbir keçirib – VİDEO

Bugün TV

Gənc aktyorla görüş keçirildi-FOTOLAR

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu