Baş xəbər

Prezident həmkarı xanım Nataşa Pirts Musara məktub göndərdi

Sloveniya Respublikasının Prezidenti Zati-aliləri xanım Nataşa Pirts Musara

Hörmətli xanım Prezident, Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Sloveniya münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Sloveniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2024-cü il

Mənbə: Prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Gündə cəmi 5 dəqiqə kitab oxumaq orqanizmə necə təsir edir?

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Avropa İttifaqı yeni “NATO” yaradır”

Aynur Camal

Vüqar Bayramov: “Avropa Parlamentindəki korrupsiya qalmaqalı ikili standartlarla bağlı suallar yaradır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu