19 C
Baku
8 Sentyabr 2024, 3:36
Baş xəbərİdman

Prezident İ.Əliyev türkiyəli idmançıları Bakıya dəvət etdi – FOTO

Bugun.tv xəbər verir ki, Türkiyə idmançıları İrəvanda keçirilmiş Avropa çempionatında qazandıqları medalları Azərbaycana həsr ediblər.

Bu münasibətlə imançılar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Bakıya dəvəti olunublar.

Türkiyəli ağırlıqqaldıranların səfər zamanı paytaxtda bir sıra görüşlərdə və tədbirlərdə iştirakları nəzərdə tutulub.

Türkiyəli atletlər Nuray Güngör, Cansu Bektaş, Yusuf Fehmi Genc və gümüş mükafatçı Qamze Altun ilə birlikdə Türkiyə Ağırlıqqaldırma Federasiyasının prezidenti Talat Ünlü də Azərbaycan paytaxtına səfər edib.

Qardaş ölkənin nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Gənclər və İdman Nazirliyinin rəsmiləri, Azərbaycan Ağır Atletika Federasiyasının məsul işçiləri, idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər və jurnalistlər qarşılayıblar.

Bakıya səfəri ilk olaraq Fəxri Xiyabandan başlayan qonaqlar Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, qarşısına əklil qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Türkiyə idmançıları İkinci Fəxri Xiyabana gedərək Vətən müharibəsi şəhidlərinin məzarlarını da ziyarət ediblər.

Aynur Camal

Oxşar xəbərlər

Türkiyədə terrorla əlaqədar 9 nəfər saxlanılıb, 2 şirkətdə araşdırma aparılır

Kəmalə Sultan

Adanada yol qəzası oldu: 1 ölü, 3 yaralı var

Bugün TV

Böyük Britaniya Sudandan 1888 vətəndaşını təxliyə etdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu