10 C
Baku
24 Aprel 2026, 9:46
Baş xəbərSosial

III səviyyə biotəhlükəsizlik laboratoriyası və vivarium kompleksi yaradılacaq

Bugun.tv xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədr müavini Fərid Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına işgüzar səfər edib.

Səfər Azərbaycanda 3-cü səviyyə biotəhlükəsizlik laboratoriyasının və vivarium kompleksinin yaradılması ilə əlaqədar bu sahə üzrə Türkiyə təcrübəsini öyrənmək məqsədilə həyata keçirilib.

Səfər çərçivəsində nümayəndə heyətinin Türkiyənin İzmir şəhərində bu ölkənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Bornova Baytarlıq Nəzarəti İnstitutuna, Ankarada GLP (Good Laboratory Practice – Yaxşı Laboratoriya Təcrübəsi) standartlarının tətbiq olunduğu “Kobay” Sınaq Heyvanları Laboratoriyasına, İstanbulda “Alptek Technology” layihələndirmə şirkətinə və digər aidiyyəti qurumlara getməsi planlaşdırılıb.

AQTİ-nin nümayəndə heyətinin vivariumlara baxış keçirməsi, eləcə də laboratoriyaların iş prinsipləri və müvafiq binaların layihə sənədləri ilə tanış olması nəzərdə tutulub.

Səfər zamanı həmçinin nümayəndə heyətinin Türkiyənin müvafiq qurumlarında görüşlər keçirməsi, eyni zamanda iki ölkənin aidiyyəti təşkilatları arasında əməkdaşlığın perspektivləri, respublikamızda 3-cü səviyyə biotəhlükəsizlik laboratoriyasının və vivarium kompleksinin yaradılması, təcrübə mübadiləsinin aparılması və digər məsələlər ətrafında müzakirələr aparması planlaşdırılıb.

Aynur Camal

Oxşar xəbərlər

“Oyun sonrası depressiya” nədir və kimlərdə baş verə bilər?

Aynur Camal

Qida məhsulu: Orqanlar və onların faydaları

Aynur Camal

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu