11 C
Baku
7 Dekabr 2024, 19:36
Baş xəbərSiyasət

Prezident İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfər edib

“Son illər Bosniya və Herseqovina ilə Azərbaycan arasında strateji və iqtisadi əlaqələrin dərinləşməsi müşahidə olunur. 2022-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 5.1 milyon dollar olub. Ötən il Azərbaycan ilə Bosniya və Herseqovina arasındakı ticarət dövriyyəsi 3,2 dəfə artıb. 2020-ci illə müqayisədə isə artım 7 dəfə olub.

Aydındır ki, tərəflər arasında ticarət dövriyyəsinin artırılması üçün daha böyük potensial var. Azərbaycan Prezidentinin səfəri zamanı təşkil ediləcək müzakirələr bu imkanlardan daha çox faydalanmağa şərait yaradacaq. Bu baxımdan, Azərbaycan Prezidentinin Bosniya və Herseqovinaya səfəri ölkələr arasında münasibətlərin inkişafında yeni mərhələ olacaq”.

Bugun.tv xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında qeyd edib.

“Bosniya və Herseqovina ilə həm enerji, həm də neftdən kənar sektorlar üzrə əməkdaşlıq imkanları var. Bosniya və Herseqovina da Azərbaycandan qaz almaq niyyətində olan ölkələrdəndir. Belə ki, İon-Adriatik (IAP) kəmərinin TAP-a inteqrasiyası mümkündür. Bu isə sözügedən ölkənin Azərbaycan qazından istifadəsinə gətirib çıxara bilər. İAP-ın ötürücülük qabiliyyəti ildə 5 milyard kubmetrdən çox olacaq.

Avropada Azərbaycan mavi qazına tələb artır. Bu isə ölkənin geo-siyasi mövqeyinin daha güclənməsinə gətirib çıxarır”,- V.Bayramov bildirib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Park halındakı yük maşınına çırpılan avtomobildə 2 nəfər öldü

Bugün TV

Şagird yerdəyişməsinə başlanılıb

Aynur Camal

Bayram namazı qılındı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu