Baş xəbərSiyasət

Prezident İlham Əliyev İsveçrəyə səfər edib

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri başlayıb.

Bugun.tv xəbər verir ki, yanvarın 17-də Davosda dövlətimizin başçısı Niderlandın “Damen Shipyards Group” şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen ilə görüşüb.

Arnout Damen Azərbaycanda layihələrin həyata keçirilməsinə başladıqlarını bildirdi və görülən işlərdən danışdı.

Prezident İlham Əliyev “Damen Shipyards Group” şirkətinin bu yaxınlarda Azərbaycanda layihələri artıq həyata keçirməyə başlamasından məmnunluğunu bildirdi.

Görüşdə Azərbaycanda bu şirkətin daha geniş həcmdə işlər görməsi üçün yaxşı imkanların olduğu vurğulandı.

Dövlətimizin başçısı Azərbaycanın önəmli tranzit ölkəsinə çevrildiyini qeyd edərək, respublikamızın ərazisindən keçən yüklərin həcminin 75 faiz artdığını vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, bütün bunlar nəzərə alınaraq, Azərbaycanda yeni tankerlərin, quru yük gəmilərinin və bərələrin sayının artırılmasına ehtiyac var. Bu sahədə də “Damen Shipyards Group” şirkəti ilə əməkdaşlıq üçün yaxşı potensial mövcuddur.

Görüşdə, həmçinin Azərbaycanın Hərbi Dəniz Qüvvələri üçün də müxtəlif gəmilərin istehsalının mümkünlüyü məsələləri müzakirə edildi.

Nigar Məmmədova

Oxşar xəbərlər

Bu ölkə atmosfer və kosmos mühitini müşahidə edən peyklər buraxdı

Bugün TV

Norveç Ukrayna hərbçilərinin Britaniyada keçirilən təlimlərinə qoşulacaq

Aynur Camal

Türkiyə Ali Seçki Şurası məlumat yaydı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu