12 C
Baku
11 Aprel 2026, 2:23
Digər

Prezident İlham Əliyev Litvanın Baş nazirini qəbul edib – ikitərəfli əməkdaşlıq və regional sülh müzakirə olunub

Bugun.tv– xəbər verir ki, bu gün İlham Əliyev İnqa Ruqinieneni qəbul edib.

Görüş zamanı Azərbaycan ilə Litva arasında münasibətlərin inkişafı, iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi və bir sıra strateji sahələrdə yeni imkanlar müzakirə olunub.

Prezident İlham Əliyev Litva Baş nazirinin səfərinin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. İnqa Ruqiniene isə Azərbaycanla Litva arasında uzun illərə söykənən yaxşı münasibətləri məmnunluqla qeyd edib.

Danışıqlarda enerji, investisiya, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Həmçinin qarşılıqlı nümayəndə heyətlərinin səfərlərinin artırılmasının vacibliyi vurğulanıb.

Litva Baş naziri Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasına görə təbriklərini çatdırıb və regionda sabitliyin vacibliyini qeyd edib.

Görüşdə Prezident İlham Əliyev regionda sülh təşəbbüsünün məhz Azərbaycanın irəli sürdüyünü bildirib. Dövlət başçısı həmçinin azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işlərinin aparıldığını, keçmiş məcburi köçkünlərin geri qayıdışının təmin edildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, artıq 30 minə yaxın keçmiş məcburi köçkün öz doğma yurdlarına qaytarılıb. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə mina problemi bərpa prosesini çətinləşdirən əsas amillərdən biri kimi göstərilib.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafı məsələlərini də müzakirə ediblər.

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Pakistan Umman dənizində “fövqəladə vəziyyət” elan edən gəmidən 18 dənizçini xilas etdi

Aynur Camal

Həqiqi pendiri saxtadan ayırmağın 5 sadə yolu açıqlanıb

Aynur Camal

Dmitri Medvedev yeni məktəb dərsliklərinin baş redaktoru oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu