Bugun.tv xəbər verir ki, Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyeva rəsmi səfər edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şərəfinə Qırğızıstan Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarovanın iştirakı ilə rəsmi qarşılanma mərasimi keçirilib.
Daha sonra Azərbaycan Prezidenti ilə Qırğızıstan Prezidenti Sadır Japarov arasında təkbətək və geniş tərkibdə görüşlər baş tutub. Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın daha da inkişafı, siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Rəsmi proqram çərçivəsində Azərbaycan və Qırğızıstan prezidentlərinin qarşılıqlı təltif olunma mərasimi də keçirilib. Dövlət başçıları ölkələr arasında dostluq və strateji əməkdaşlığın inkişafına verdikləri töhfəyə görə ali dövlət mükafatları ilə təltif ediliblər.
Səfər zamanı iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən bir sıra sənədlər də imzalanıb.
Mənbə: prezident.az
