Baş xəbər

Prezident İlham Əliyev “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılışında iştirak etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimində iştirak edib.

Məlumat verilib ki, ümumi gücü 240 meqavat olan bu stansiya ölkənin ən iri külək enerjisi layihələrindən biridir. Layihənin həyata keçirilməsi Azərbaycanın bərpa olunan enerji sahəsində potensialının artırılmasına, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və ətraf mühitin qorunmasına mühüm töhfə verəcək.

Açılış mərasimində çıxış edən dövlətimizin başçısı bərpa olunan enerji layihələrinin Azərbaycanın enerji strategiyasında xüsusi yer tutduğunu qeyd edib. Bildirilib ki, “Xızı–Abşeron” Külək Elektrik Stansiyası karbon emissiyalarının azaldılmasına və “yaşıl enerji” məqsədlərinə xidmət edir.

Stansiyanın fəaliyyəti nəticəsində minlərlə ev təsərrüfatının elektrik enerjisinə olan tələbatının ödəniləcəyi, həmçinin yeni iş yerlərinin yaradılacağı vurğulanıb.

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

BMT elm insanları Qlobal Su Problemləri üçün yeni fəaliyyət planı tələb edir

Aynur Camal

Dünya İqtisadi Forumu Dördüncü Sənaye İnqilabı üçün Beş Yeni Texnologiya Mərkəzini İşə Salır

Aynur Camal

“Davos görüşü Azərbaycan–ABŞ strateji tərəfdaşlığında yeni mərhələ açır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu