16 C
Baku
16 Noyabr 2025, 4:59
Dünya

Prezident məmurların fəaliyyəti ilə bağlı tapşırıqlarını verdi

Bugun.tv– xəbər verir ki, Prezident İlham Əliyev bu gün Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndənin və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edib.

Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov öz sosial media hesabında qeyd edib.

Deputatın sözlərinə görə, qəbul zamanı Cənab Prezident bir daha məmurların fəaliyyəti ilə bağlı tapşırıqlarını verdi. Hazırda, bölgələr ilə Bakı arasındakı iqtisadi balansın yaradılması əsas hədəflərdəndir. Dövlət başçısının qeyd etdiyi kimi, artıq bölgələrimizdə infrastrukturun formalaşması mərhələsi başa çatıb. İndi həmin infrastrukturun daha çox dəyər yaratması üçün bölgələrimiz sərmayələrin cəlbinin artırılması vacibdir.

Regionlarda biznesin inkişafı həmçinin yeni iş yerlərinin yaradılması baxımdan da vacibdir. Hazırda, iri sahibkarlıq subyektlərinin 80 faizə yaxını Bakı şəhərinin payına düşür. Orta sahibkarların 65.0 %-i, kiçik sahibkarlıq subyektlərinin 70,0%-i, mikro sahibkarlıq subyektlərinin isə 68,0%-i paytaxtda fəaliyyət göstərir. Bu isə ondan xəbər verir ki, bölgələrə sahibkarların cəlbi baxımdan yerli səviyyədə fəaliyyətlərin genişləndirilməsi daha da aktualdır.

Yeni təyinatlarda gözləntilər də məhz Azərbaycanda balanslı iqtisadiyyatın dəstəklənməsinə töhvənin artırılmasıdır. Bu yeni iş yerlərinin yaradılmasına xidmət edəcək. Cənab Prezidentin qeyd etdiyi kimi, bölgələrdə məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir. Yeni sərmayələr məhz bu prioritetə daha qısa zamanda çatmağa dəstək olacaq.

Son təyinatlar bir daha təsdiq etdi ki, Azərbaycanda institusional islahatlar dərinləşir. Kadr təyinatları isə islahatların dərinləşməsində əsas faktorlardan biri kimi çıxış edir.

Aynur Camal

Oxşar xəbərlər

“Mona Liza” xoşbəxtlikdən yaxasını xilas edə bildi! Luvr muzeyinin parolunun “Luvr” olduğu ortaya çıxdı

Aynur Camal

İran bütün vasitələrlə Hizbullahı İsraildən müdafiə etməyə hazır olduğunu bəyan edib

Aynur Camal

NASA bu kosmik problemi həll edənlərə 3 milyon dollar pul mükafatı təklif edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu