Dünya

“Sibir Möcüzəsi” – ağacının faydalarını kəşf edin

Kiçik, parlaq sarı giləmeyvələr qida dəyəri ilə zəngindir və xərçəng, ürək xəstəlikləri və diabetin qarşısını almağa kömək etdiyi sübut edilib.

Cənub-Şərqi Asiya və Avropada min illərdir təbii dərman kimi istifadə edilən çaytikamı sahil ərazilərində və yüksək hündürlüklərdə bitir.

“The New York Post” qəzeti bu kiçik giləmeyvənin bədənə çox böyük fayda verə biləcəyinə dair elmi dəlillər toplayıb.

Çaytikanı qida maddələri ilə zəngindir: tərkibində omeqa-3 və omeqa-6 yağ turşuları, eləcə də dərini nəmləndirməyə və sızanaq və psoriazın görünüşünü azaltmağa kömək edən linolen turşusu var. Siçanlar üzərində aparılan bir araşdırma göstərib ki, çaytikanı həmçinin dərini cavan saxlamağa kömək edən kollagen istehsalını yaxşılaşdırır, C, E və K vitaminləri isə qırışların qarşısını almağa kömək edir.

Bundan əlavə, çaytikanın tərkibində olan yağ turşuları və polifenollar ürək üçün faydalıdır: onlar qan təzyiqini normallaşdırır və ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edir.

Heyvanlar üzərində aparılan tədqiqatlar göstərir ki, giləmeyvələr xərçəng əleyhinə təsirə malikdir və həmçinin iştahanı bərpa etməyə və kimyaterapiyanın digər mənfi təsirlərinin qarşısını almağa kömək edir. Bəzi tədqiqatlar bu bitkinin pürəsinin qəbulu ilə diabetdə qan şəkərinin normallaşdırılması arasında əlaqə olduğunu göstərir.

Alimlər immuniteti artırmaq üçün bunu yeməyi tövsiyə edirlər, lakin mədə-bağırsaq problemlərindən əziyyət çəkənlər bu təbii vasitədən həddindən artıq istifadə etməkdən çəkinməlidirlər: giləmeyvələr mədə pozğunluğuna və ürəkbulanmaya səbəb ola bilər. Bu halda, şampunlar və dəri kremləri kimi topikal müalicə vasitələrindən istifadə edərək sözügedən çaytikanı ağacının müalicəvi xüsusiyyətlərindən yararlanın.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Tramp 11 sentyabrın 25-ci ildönümündə: “Heç vaxt, amma heç vaxt unutmayacağıq”

Aynur Camal

Alimlər zamanın özündə çox kiçik qeyri-müəyyənlik ola biləcəyini irəli sürüblər

Aynur Camal

Qəzza ilə bağlı İsrail sənədli filmi Venesiya festivalında 25 dəqiqə alqışlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu