25 C
Baku
27 İyul 2024, 4:04
Dünya

Prezident seçkilərində namizədliyini açıqlayan ilk şəxs açıqlandı!

İranda prezident seçkilərində namizədliyini açıqlayan ilk şəxs islahatçı siyasətçi Pezeşkian olub.

İranın islahatçı qanadının aparıcı simalarından biri, daha əvvəl namizədliyinə Konstitusiya Keşikçiləri Şurası tərəfindən veto qoyulmuş keçmiş səhiyyə naziri Məsud Pezeşkian iyunun 28-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.

İranın yarı rəsmi Fars Xəbər Agentliyinin məlumatına görə, Pezeşkian prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayan ilk şəxs olub.

İslahatçı qanadın aparıcı simalarından olan Təbriz millət vəkili Pezeşkiyan prezident İbrahim Rəisinin vəfatından sonra iyunun 28-də keçirilməsinə qərar verilən 14-cü prezident seçkilərində iştirak etməyə hazır olduğunu bəyan edib.

Pezeşkiyan namizədlik üçün müraciət məqsədi ilə bağlı aşağıdakı açıqlamaları verib:

“İranla bağlı milli və beynəlxalq səviyyədə belə bir təəssürat yaranıb ki, insanlar səsvermədən narazıdır. Mənim seçkilərdə iştirak etmək niyyətim xalqın seçkilərdə iştirakını artırmaqdır”.

Keçmiş prezident Məhəmməd Hatəminin dövründə səhiyyə naziri vəzifəsini icra edən Pezeşkian 2021-ci ildə keçiriləcək prezident seçkilərində helikopter qəzasında həlak olan prezident İbrahim Rəisi ilə mübarizə aparmağı tələb etdikdə Konstitusiya Keşikçilər Şurası tərəfindən vetoya məruz qalıb.

Liderin mayın 19-da helikopter qəzasında həlak olmasından sonra Konstitusiyaya əsasən, birinci vitse-prezident Məhəmməd Muhbir İran lideri Ayətullah Əli Xameneinin təsdiqi ilə vəkil vasitəsilə prezident səlahiyyətlərinin icrasına başlayıb.

İran Konstitusiyasına görə, hazırkı prezidentin vəfat etdiyi halda parlamentin sədri, məhkəmə hakimiyyətinin başçısı və birinci vitse-prezidentdən ibarət idarə heyəti ən çox 50 gün ərzində yeni prezidentin seçilməsi üçün lazımi tədbirlər görməlidir.

Bununla bağlı mayın 20-də qanunvericilik, icra və məhkəmə hakimiyyəti başçıları arasında keçirilən növbədənkənar müşavirədə prezident seçkilərinin iyunun 28-də keçirilməsi qərara alınıb.

Seçkilərdə namizəd olmaq istəyənlər mayın 30-dan başlayaraq 5 gün müddətində Daxili İşlər Nazirliyinə müraciət edəcəklər.

İranda prezidentlər Konstitusiya Keşikçiləri Şurasının təsdiq etdiyi namizədlər arasından xalq tərəfindən seçilir.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

HƏMAS: Müharibəyə son qoymayan atəşkəsi qəbul etməyəcəyik

Şükufə Ramizqızı

İtaliyada gəmi qəzasında ölənlərin sayı 62-yə yüksəlib

Aynur Camal

Almaniya Ukraynaya MiQ-29 təyyarələrinin çatdırılması üçün Polşaya razılıq verdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu