25 C
Baku
27 İyul 2024, 4:11
Dünya

Prezident seçkilərində Xose Raul Mulino qalib gəldi

Mərkəzi Amerika ölkəsi Panamada keçirilən prezident seçkilərində keçmiş ictimai təhlükəsizlik naziri Xose Raul Mulino qalib gəlib.

Panamada keçirilən prezident seçkilərində qutuların 90 faizinin açılmasından sonra əldə edilən nəticələrə görə, “Panamanı Xilas” Alyansının namizədi Xose Raul Mulino 34,42 faiz səslə prezident seçilib.

Digər Yol Hərəkatının (MOCA) namizədi Rikardo Lombana 25,01 faiz, keçmiş prezident Martin Torrixos isə 16 faiz səs toplayıb.

Ali Seçki Məhkəməsinin sədri Alfredo Junca Mulinonun seçkilərdə qalib gəldiyini açıqlayıb.

Mulino seçkinin nəticəsi ilə bağlı açıqlamasında məmnunluğunu ifadə edərək, xalqın onlara verdiyi bu vəzifəni “məsuliyyət” və “təvazökarlıqla” yerinə yetirəcəklərini bildirib.

Panama xalqına təşəkkür edən Mulino, “Mən çiyinlərimdə nə qədər böyük bir yük olduğunun fərqindəyəm. Ən qısa zamanda milli birlik hökuməti qurmağı öhdəmə götürürəm” deyib.

Mulinonun ən yaxın rəqiblərindən olan Lombana və Torrixos məğlub olduqlarını etiraf etdilər və Mulinonu seçkilərdə qalib gəldiyinə görə təbrik etdilər.

Digər tərəfdən, seçkilərdə iştirak nisbətinin yüzdə 77 olduğu paylaşılıb. Bu nisbət son 30 ildə ən yüksək iştirak nisbəti olaraq qeydə alınıb.

Panamada xalq nəinki yeni prezidenti seçib, həm də Milli Assambleyaya yeni üzvlərin seçilməsi üçün səs verib.

MULINO KİMDİR?

Yeni Orleandakı Tulan Universitetini dəniz hüququ ixtisası ilə bitirmiş hüquqşünas Mulino Panama xalqına yenidən iqtisadi rifah və yüksək məşğulluq vəd etdi.

2009-2014-cü illərdə Panama hökumətində Ədliyyə Naziri və İctimai Təhlükəsizlik Naziri vəzifələrində çalışmış Mulino seçki kampaniyası zamanı cinayətkar təşkilatlara qarşı mübarizə aparacağını və Darien Boşluğuna qeyri-qanuni miqrasiya axınına səbəb olan sərhədi bağlayacağını vəd etmişdi.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Qazıntılar zamanı çuxurdan 20-dən çox cəsəd tapıldı

Nigar Məmmədova

Prezidentin yeni il zarafatı:”Yaxınlarda seçki varmı”?

Aynur Camal

Avstraliyada yanğınlar nəticəsində 100 min hektar əraziyə ziyan dəydi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu