34 C
Baku
27 İyul 2025, 10:42
Baş xəbərSiyasət

Prezident Vladimir Putinə başsağlığı verdi

Bugun.tv– xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

Başsağlığında deyilir:

“Hörmətli Vladimir Vladimiroviç.

Amur vilayətində “An-24” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Bu faciə ilə əlaqədar olaraq, şəxsən öz adımdan və Azərbaycan xalqı adından Sizə, həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyul 2025-ci il”.

Mənbə: Prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Paytaxtda qətl hadisəsi törədildi

Teymur Əziz

Saxlanılan şəxs polis əməkdaşlarına bıçaqla hücum edib

Aynur Camal

Cənubi Koreyada narahatlıq artır: ‘Kim Çen In ilə birləşəcəyik’ iddiası

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu