25 C
Baku
27 İyul 2024, 3:54
Dünya

Prezidentin səsi ilə seçicilərə zəng edib: Və, 6 milyon dollar cərimə olunub

Həyatımızda yerini günü-gündən genişləndirən süni intellektdən sui-istifadə problemi davam edir.

ABŞ-da prezident Co Baydenin süni intellekt səsi ilə seçicilərə zəng edən şəxsə 6 milyon dollar cərimə kəsilib.

Bu, bir tərəfdən həyatı asanlaşdırır, digər tərəfdən isə narahatlıq gətirir. Süni intellektin gündəlik həyatda istifadəsi geniş vüsət aldıqca, onun zərərli istifadəsi də artıb. Xüsusən də süni intellektin insanın səsini və obrazını reallığa çox yaxın təqlid edə bilməsi bu yeni texnologiyadan zərərli istifadəyə yol açıb. ABŞ-da süni intellektin səs imitasiyasına görə rekord məbləğdə cərimə kəsilib.

Nyu-Hempşir ştatında yanvar ayında keçirilən praymerizlərdən əvvəl prezident Co Baydenin səsini təqlid edərək süni intellektdən istifadə edərək seçicilərə zəng edən şəxs 6 milyon dollar cərimə olunub. Siyasi məsləhətçi Steven Kramer texnologiyadan istifadə edərək saxta şəxsiyyətlər yaratmaqda və seçiciləri aldatmaqda günahlandırılıb. Federal Rabitə Komissiyası Krameri “Zəng edənin Müəyyənləşdirilməsi Aktı”na uyğun olaraq 6 milyon dollar, Kramerin zənglər etdiyi Lingo Telecom şirkəti isə 2 milyon dollar cərimələyib. Kramer, həmçinin Baydenə oxşayan robot zənglərə görə “seçici təzyiqi” də daxil olmaqla 13 ittiham üzrə mühakimə olunmasını tələb edib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Amerikalı cütlük 100 yaşında evləndi, “Ginnes”ə müraciət etdi

Aynur Camal

PSJ-dən daha bir ulduz ayrıldı

Aynur Camal

Aİ “qəbuledilməz” elan etdi: İrana qarşı yeni sanksiyalar yoldadır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu