Baş xəbərMədəniyyət

Professor İbadulla Ağayevin 75 illik yubileyi qeyd olunub

Bugun.tv–xəbər verir ki, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Tibb elmləri doktoru, professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Təxminən 4 saat davam edən və fasiləsiz təşkil olunan yubiley gecəsi musiqili proqramlarla yadda qalıb. Tədbirdə çoxsaylı elm və sənət adamları, musiqiçilər və dəvətlilər iştirak ediblər.

Tədbir çərçivəsində muğam ifaları səsləndirilib, həm solo, həm də qız və oğlan duetləri təqdim olunub. Proqram boyu milli musiqi nümunələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Dədə Ələsgər Ocağı İctimai Birliyinin rəhbəri Xətayi Ələsgərli

Yubiley mərasimi Dədə Ələsgər Ocağı İctimai Birliyi tərəfindən təşkil olunub. Birliyin rəhbəri Xətayi Ələsgərli tədbirdə çıxış edərək yubilyarı təbrik edib.

Tədbir haqqında Bugun.tv-yə xəbər verən həvəskar şair, həvəskar musiqiçi, bədii qiraət ustası, aparıcı, hərbi mütəxəssis və Vətən müharibəsi veteranı Cəbrayıl Qənbərin sözlərinə görə, tədbirin sonunda professor İbadulla Ağayevə güllər təqdim olunub, xatirə şəkilləri çəkdirilib və yubiley gecəsi yüksək əhval-ruhiyyə ilə başa çatıb.

Dədə Ələsgər Ocağı İctimai Birliyinin rəhbəri Xətayi Ələsgərli, Tibb elmləri doktoru, professor İbadulla Ağayev, Bədii qiraət ustası, aparıcı, hərbi mütəxəssis və Vətən müharibəsi veteranı Cəbrayıl Qənbər

Aynur Camal

Oxşar xəbərlər

Robotlar dilənir? Çində bu görüntülər maraq yaratdı

Aynur Camal

“Bakı İƏT Parlament İttifaqının 20-ci sessiyasına ev sahibliyi edir”

Aynur Camal

ABŞ-İran danışıqlarında müsbət irəliləyişlər mümkündür – Məhəmməd Əsədullazadə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu