25 C
Baku
27 İyul 2024, 4:00
Baş xəbərTexnologiya

Proqramçı peşəsinə yiyələnmək istəyənlərə əhatəli yol xəritəsi – Kərim Tahiroğlu

Kərim Tahiroğlunun “Proqramçı olmaq istəyirəm” adlı yeni kitabı

Azərbaycan Texniki Universitetinin müəllimi. SmartTech İnnovatorlar Mərkəzinin direktoru Kərim Tahiroğlunun Proqramçı olmaq istəyirəm” adlı yeni kitabı yaxın günlərdə işıq üzü görəcək.

Bugun.tv xəbər verir ki, bu haqda K.Tahiroğlu öz şəxsi facebook səhifəsində yazaraq, yeni kitab ilə bağlı vacib məqamları paylaşıb:

“Proqramçı olmaq istəyirəm” kitabının yazılmasına tam 3 il vaxtım getdi. Macəra 2021-ci ilin may ayında Cənub-Şərqi Asiyanın ən gözəl ölkəsi olan Laosda başladı. Təbiətin əsrarəngizliyi, ekzotik meyvələr, sakit təbiətli və dostcanlı insanların əhatəsi və ən əsası da Allahın lütfü bu kitabı ərsəyə gətirməyimə səbəb oldu. Kitabı şəklini qoyduğum həmin evdə 3 il əvvəl təxminən bu vaxtlar yazmağa başladım. Mən Laosdakı son ilimi tamamən bu kitaba sərf etdim. Hətta həmin ərəfədə bir şirkətdən işdən ayrıldıqdan sonra sırf bu kitaba görə yeni iş təkliflərindən imtina etdim, ailəmi online dərslər verməklə dolandırdım. Ailəm də mənə görə böyük fədakarlıq göstərdi. Sonra Azərbaycana geri döndük. Kitabın 3-cü ilini burada tamamladım. O da əlamətdardı ki, Azərbaycana dönüşümün 1 ilini kitabın çapı ilə qeyd etmiş olacam. İndi isə səbr və təmkinlə kitabın işıq üzü görməsini gözləyirik

Kərim TAHİROĞLU
Kərim TAHİROĞLU - Proqramçı olmaq istəyirəm adlı kitabının nəşr mərhələsindən görüntü
Kərim TAHİROĞLU – Proqramçı olmaq istəyirəm adlı kitabın nəşr mərhələsindən görüntü

“Proqramçı olmaq istəyirəm” kitabı proqramçı peşəsinə yiyələnmək istəyənlərə əhatəli yol xəritəsi təqdim edir. Müəllif oxucunun düşündürən sualları ətraflı cavablandırır, proqramlaşdırma ixtisasının mahiyyətini, başlıca istiqamətlərini geniş şərh edir, yoxşı kod yazmaq üçün tövsiyyələr verir.

Kitab kompüter mühəndisliyi və kompüter elmləri ixtisaslarında oxuyan tələbələr, həmin sahələr üzrə dərs deyən müəllimlər, gənc proqramçılar və ümumiyyətlə proqramlaşdırma sahəsinə maraq göstərən hər kəs üçün nəzərdə tutulmuşdur.

Kərim TAHİROĞLU - Proqramçı olmaq istəyirəm adlı kitabın cildinin dizaynı
Kərim TAHİROĞLU – “Proqramçı olmaq istəyirəm” adlı kitabın cildinin dizaynı

Kitabın təqdimat mərasimi 25 may 2024-cü il tarixində saat 12:00-da Azərbaycan Texniki Universitetinin akt zalında baş tutacaq.

Həmçinin qeyd edirik ki, Kərim Tahiroğlu ilk dəfə Azərbaycan dilində yazılmış, 23 May 2016-cı ildə Şərq-Qərb Nəşriyyat Evinin mətbəəsində çap edilmiş və minlərlə oxucu tərəfindən sevilən “Python ilə proqramlaşdırma” kitabının müəllifidir.

Teymur Əziz

Oxşar xəbərlər

4,2 bal gücündə zəlzələ baş verdi

Bugün TV

4,1 bal gücündə zəlzələ baş verdi

Bugün TV

Türkiyədə prezident seçkilərinin tarixi bəlli oldu

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu