Psixoloq Mariya Zueva bildirib ki, rəngləmə stress və gərginliyi azaltmağa kömək edən sadə, amma təsirli üsullardan biridir.
Bugun.tv– xəbər verir ki, mütəxəssisin sözlərinə görə, insan qələm və ya karandaşla naxışların içini rəngləməyə başlayanda diqqət konkret xətlər və formalar üzərində cəmlənir. Bu zaman narahatlıq yaradan düşüncələr arxa plana keçir və beyin daha sakit vəziyyətə keçir.
Psixoloq qeyd edib ki, ritmik və təkrarlanan əl hərəkətləri beynin fəaliyyətini tarazlaşdırır, ürək döyüntüsünü yavaşıdır və orqanizmdə təhlükəsizlik hissini gücləndirir.
Onun sözlərinə görə, rəngləmə prosesində kiçik bir hissənin tamamlanması belə insanda məmnunluq hissi yaradır. Bu da əhvalın yaxşılaşmasına və gərginliyin azalmasına səbəb olur.
Mütəxəssislər hesab edirlər ki, gündəlik həyatın qeyri-müəyyənliyi fonunda belə sadə məşğuliyyətlər insana nəzarət hissi qazandırır və psixoloji rahatlıq yaradır.
Mənbə: mail.ru
