PSJ-nin keçmiş futbolçusu Jerom Roten argentinalı hücumçu Lionel Messini parislilərin heyətində oynayarkən davranışına görə tənqid edib. Bugun.tv xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.
“Messinin məşqdən ayrıldığı günü xatırlayırsınız? Klub hər şeyi ört-basdır edib, onun baldırından yüngül zədə aldığını bildirib. Səhv idi. Səbəb? Cənab məşqdə ona təklif olunanlardan bezmişdi. Başı yaxşı olmadığından məşqi tərk etdi. O, paltardəyişmə otağına qayıtdı, duş qəbul etdi və getdi. Bu, onun məşqçisinə və komanda yoldaşlarına nə qədər “hörmət” etdiyini göstərir. Çox tez-tez məşq tempini dəyişmək istəyirdi, səhər məşq etmək istəmirdi. Bir neçə dəfə dedi ki, səhər məşq etmək yaxşı deyil, günortadan sonra məşq etmək lazımdır. Nə yaxşı ki, məşqçilər korpusu təslim olmadı. Bu, onun nəyisə dəyişmək istədiyini və uyğunlaşmaq istəmədiyini göstərir”, – Roten deyib.
Xatırladaq ki, Messi PSJ-dən ayrılaraq “İnter Mayami”yə keçib.