25 C
Baku
27 İyul 2024, 5:03
Sosial

Pulumuza necə qənaət edək?

Ətrafımızda “heç nəyə pul çatdıra bilmirəm” deyə gileylənən yüzlərlə insan var. Maraqlısı odur ki, bu şikayət xarakterli cümləni minimal məbləğdən, maksimal həddə qədər maaş alan və ya gəlir əldə edən hər kəs səsləndirir.

Bugun.tv iqtisadçı Xalid Kərimliyə istinadən xəbər verir ki, aylıq xərclərimizi müəyyən edib, ona uyğun hərəkət etməyi bacarmalıyıq. “İnsanlar bu məsələyə təkcə “pulum var, xərcliyim qurtarım” kimi baxmamalıdırlar. Öz ehtiyacından artıq edilən xərcləmələr büdcəyə ziyan vurmaqla yanaşı, eyni zamanda ətraf mühitin çirkınlənməsinə də şərait yaradırlar. Yəni məsuliyyətsiz istehlakçılıq cəmiyyətlə, yanaşı ətraf mühitə də təsir edir. Bununla yanaşı qiymət səviyyəsinin yüksəlməsi üçün də əlavə stimul yaradır.

Ona görə də müxtəlif komunal idarələrin sosial təbliğatları sudan qənaətlə istifadəyə deyil, həm də suyun bahalaşmasının qarşısını alınması üçün edilən məsələdir. Çünki resurslar məhduddur. Resurslardan daha çox istifadə etdikcə onlara təlabat yaranır və qiyməti artır”. İqtisadçı Xalid Kərimli belə deyib.

Çoxlarının şikayətləndiyi məqamlardan biri də kənara pul qoya bilməməkdir. Xalid Kərimli deyir ki, insanların fərdi büdcələrinə gəlincə, təbii ki, hər bir şəxsin ata babalarımızdan məşhur sözü var “ayağını yorğanına görə uzat”. Yaxşı olar ki,  gəlirləri əgər kifayət edirsə 10-20 faizini yığıma yönəltsinlər. Bu onları gələcəkdə qarşıya çıxara biləcək problemlərini sığortalaya biləcək. Bilməliyik ki, büdcəmizi idarə edə bildiyimiz qədər pula sahibik. Hədəflərimizi öncədən müəyyən etsək harda qənaət etməli olduğumuzu da bilərik”.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Beynəlxalq Hava Limanı tikilir – VİDEO

Aynur Camal

Son sutkada Azərbaycanda vaksin vurduran olmayıb

Aynur Əfəndi Zadə

“Narkomaniyaya yox deyək!” – tədbirləri bölgələrdə davam etdirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu