Dünya

ABŞ Qəzza üçün yaradılan Barış Mexanizminə Çini dəvət etdi

ABŞ, Qəzza münaqişəsini sona çatdırmaq məqsədilə yaradılan “Barış Mexanizmi”nə Çini dəvət edib. Pekin də dəvəti təsdiqləyib, lakin iştirakla bağlı mövqeyini hələ açıqlamayıb.

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə qurulan “Barış Mexanizmi”nə Çin dəvət olunub. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Caikun, Pekində keçirilən mətbuat konfransında ABŞ-dan rəsmi dəvət aldıqlarını təsdiqləyib. Sözçü Quo, Çin’in bu dəvətə necə cavab verəcəyini isə hələlik açıqlamayıb.

Qəzza üçün barış təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 17 noyabr 2025-ci il tarixli 2803 saylı qərarı ilə beynəlxalq çərçivəyə salınıb. Bu qərarla, Trampın 30 sentyabr 2025-ci il tarixində açıqladığı “Qəzza Münaqişəsini Həll Etmək Üçün Əhatəli Plan”a dəstək verilib.

Eyni zamanda, Trampın Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff, 14 yanvarda Qəzza planının ikinci mərhələsinin, 20 maddədən ibarət olduğunu açıqlayıb.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Böyük Britaniya Ukraynaya qışa hazırlıq üçün 71 milyon dollar ayırdı

Aynur Camal

Ukrayna Rusiyada “Yandex”in məlumat mərkəzinə zərbə endirdi

Aynur Camal

Rusiyanın Ukraynaya hücumları nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu