Bugun.tv xəbər verir ki, Rusiya prezidentinə qarşı sui-qəsdin qarşısı alınıb. Məlumata görə, Ukrayna ilə müharibənin davam etdiyi bir vaxtda Vladimir Putinin Kremldəki iqamətgahına pilotsuz təyyarə ilə hücuma cəhd olunub.
“İki pilotsuz uçuş aparatı Kremli hədəfə alıb. Hərbi və xüsusi xidmət orqanlarının radar idarəetmə sistemlərindən istifadə etməklə vaxtında gördüyü tədbirlər nəticəsində pilotsuz təyyarələr sıradan çıxarılıb”, – Kremlin bəyanatında deyilir. “Rusiya tərəfi istədiyi vaxt və yerdə cavab zərbəsi endirmək hüququnu özündə saxlayır. Biz bu hərəkətləri Qələbə Günü ərəfəsində, əcnəbi qonaqların da iştirak edəcəyi 9 May paradında baş vermiş terror aktı kimi qiymətləndiririk”.
Kremlin sözçüsü Dmitri Peskov hadisəni terror hücumu kimi qiymətləndirib. “Putin bu terror hücumu nəticəsində xəsarət almayıb. İş qrafiki dəyişməyib, həmişəki kimi davam edir”, – deyib.
Putinin hücum zamanı Kremldə olub-olmaması ilə bağlı suala Peskov “Xeyr, bu gün Oqarevoda işləyir”,- cavabını verib.
Rusiyanın paytaxtı Moskvada mülki pilotsuz uçuş aparatlarından icazəsiz istifadə qadağandır. Bu qərar Kremlin Putinə qarşı sui-qəsdin qarşısını aldığına dair iddialarından sonra verilib.
Mənbə: Cumhuriyyet