DünyaSiyasət

Uçuş aparatlarının şəhər üzərində uçmasına qadağa qoyuldu

Moskva hakimiyyəti dövlət ehtiyacları üçün lazım olanlardan başqa bütün pilotsuz uçuş aparatlarının şəhər üzərində uçmasına qadağa qoyub.

Bugun.tv xəbər verir ki, bu barədə meriyadan TASS -a bildirilib.

Məsələ ilə bağlı protokol Moskva böhran mərkəzinin iclası zamanı imzalanıb.

“İmzalanan sənəd pilotsuz uçuş aparatlarının şəhər üzərində uçuşlarına icazələrin verilməsi qaydasını tənzimləyir. Bu cür icazələr bundan sonra yalnız dövlət ehtiyacları üçün veriləcək”, – hakimiyyət orqanları bildirib.

Bundan əlavə, görüş zamanı qeyri-qanuni pilotsuz uçuş aparatlarının qarşısının alınması, hava məkanı qaydalarını pozan fiziki və təşkilatların məsuliyyətə cəlb edilməsi istiqamətində işlərin gücləndirilməsi qərara alınıb.

Bugün TV

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Rusiya Azərbaycanla münasibətləri qarşılıqlı hörmət əsasında inkişaf etdirməlidir

Aynur Camal

ABŞ Senatı Cey Kleytonu Milli Kəşfiyyat Direktoru vəzifəsinə təsdiqlədi

Aynur Camal

Süni intellektin hazırladığı ilk restoran fəaliyyətə başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu