Image default
Baş xəbərDünya

Putin: ABŞ İsrail problemini həll edə bilmədi

Bugun.tv xəbər verir ki, Putin ABŞ-ın İsrail problemini həll edə bilmədiyini deyib və Fələstin dövlətinin yaradılmasını dəstəklədiyi mesajını verib. Rusiya prezidenti Vladimir Putin ABŞ-ı İsrail-Fələstin münaqişəsinin həlli üçün qurulmuş prosesdən yayınmaqda və əsas məsələləri həll etmədən məsələləri öz əlinə almağa çalışmaqda ittiham edib. Bölgədəki zorakılıqları dəhşətli kimi xarakterizə edən Putin, Fələstin dövlətinin yaradılması kimi məsələlərə toxunmadan münaqişənin həllinin mümkün olmadığını bildirib.

TRT Haber-in məlumatına görə, O, həmçinin ABŞ-ın dəniz qüvvələrini yerləşdirməklə bölgədə gərginliyi artırdığını açıqlayıb. HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, fələstinli silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez Sərhəd Qapısına basqın edərək ələ keçirib. Daha sonra buradan silahlı qruplar İsrail daxilindəki yaşayış məntəqələrinə daxil olub və İsrail ordusu onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib. Qəzzadan həyata keçirilən hücumlarda indiyədək 1200 israillinin həyatını itirdiyi bildirilib. Fələstin Səhiyyə Nazirliyi də İsrailin hücumları zamanı Qəzzada 260-ı uşaq, 200-ü qadın olmaqla 950 nəfərin həyatını itirdiyini, 5 min nəfərin isə yaralandığını açıqlayıb. İşğal altındakı İordan çayının qərb sahilində İsrail əsgərlərinin hücumları nəticəsində 21 nəfərin həyatını itirdiyi, təxminən 130 nəfərin isə yaralandığı bildirilib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Lavrov: Afrika hələ də müstəmləkəçilik siyasətinin iqtisadi nəticələrini yaşayır

Aynur Camal

Yaponiyada ikinci paytaxtın yaradılması ilə bağlı qanun layihəsi qəbul edildi

Aynur Camal

Bambuk qüllələr havadan su istehsal edərək quraqlığa qarşı ümid yaradır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu