ABŞ prezident seçkilərində Kəmalə Harrisi dəstəkləyəcəyini açıqlayan Rusiya prezidenti Vladimir Putinə Ağ Ev dərhal cavab verib. Ağ Ev Putinin ABŞ prezident seçkilərini şərh etməsinə reaksiya verib.
Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı “Kamalə Harrisi dəstəkləyəcəyini” bildirən Rusiya prezidenti Vladimir Putinə “Putin seçkilərimiz haqqında danışmağı dayandırmalıdır” deyə səsləndi.
Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Kirbi telekörpü vasitəsilə keçirdiyi mətbuat brifinqində ABŞ-da prezident seçkilərini şərh edən Putinə reaksiya verib.
Putinin Harrisi dəstəkləyəcəyi ilə bağlı açıqlaması ilə bağlı suala Kirbi belə cavab verib: “Putin seçkilərimizdən, dövrümüzdən danışmağı dayandırmalıdır. Bu və ya digər şəkildə heç kimə dəstək verməməlidir” deyib.
Kirbi ABŞ-ın yeni prezidentinin kim olacağına yalnız Amerika xalqının qərar verəcəyini vurğulayaraq, Putinin ABŞ-da keçirilən prezident seçkilərini şərh etməkdən və seçkilərə müdaxilə cəhdindən əl çəkməli olduğunu bildirib.
Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumuna qatılan Putin suala gülümsəyərək, “Sizə dediyim kimi, bizim favoritimiz prezident Bayden idi. İndi o, yarışdan geri çəkildi, lakin tərəfdarlarından xanım Harrisə dəstək vermələrini istədi. Buna görə də biz də bunu edəcəyik” deyib.
Putin çıxışına “Əlbəttə, seçim Amerika xalqına məxsusdur və biz bu qərara hörmətlə yanaşacağıq. Favoritlərə qərar vermək bizim ixtiyarımızda deyil, bu, Amerika xalqının seçimidir” deyib.
ABŞ-ın keçmiş prezidenti Donald Trampın Rusiyaya hamıdan çox sanksiya tətbiq etdiyini qeyd edən Putin, Harrisin yüksək səslə və “yoluxucu” şəkildə güldüyünü xatırladaraq, “Deməli, hər şeydən razıdır” dediyini xatırladıb.
Mənbə: Haber Global