DünyaSiyasət

“Putin bizim ölkəyə gələrsə, onu həbs edəcəyik”

Avstriyanın Xarici İşlər Nazirliyi ötən gün Almaniyanın “Tagesspiegel” qəzetinə nazir Karolin Edtstadlerin “Putin Avstriyaya addım atacağı təqdirdə həbs olunacaq” açıqlamalarından sonra məlumat yayıb.

Bugun tv xəbər verir ki, bəyanatda Rusiya prezidenti Putinin Avstriyaya səfər edəcəyi təqdirdə həbs olunacağı təsdiqlənib. “Heç kim qanundan üstün deyil. Bütün cinayətlər boşluq qoymadan işıqlandırılmalıdır, cəzasız qala bilməz”.

Bəyanatda, həmçinin, Avstriyanın da digər ölkələr kimi Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı qərarları icra etməyə borclu olduğu vurğulanıb.

“Bu, məhkəmənin həbs qərarının icrası və axtarışda olan şəxsin tutulması deməkdir. Təbii ki, qərar Prezident Putinə də aiddir”,- açıqlamada qeyd olunub.

Mənbə: TRT Haber

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Üzü yastığa sıxaraq yatmaq dəridə qırışların yaranmasını sürətləndirə bilər

Aynur Camal

Fastfud və qazlı içkilər Kron xəstəliyi riski ilə əlaqələndirildi

Aynur Camal

Rza Pəhləvinin Belçikaya dəvəti ölkədə siyasi mübahisə yaratdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu