11 C
Baku
4 Dekabr 2023, 21:10
Dünya

Putin: “İllərdir Rusiya enerjisindən yararlanan Qərb çətin ki bundan imtina etsin “.

Rusiya prezidenti Vladimir Putin deyir ki, Qərb hələ bir neçə il Rusiya neft və qazından istifadə etməyi düşünür.  O, əlavə edib ki, “heç kim o vaxta qədər nə baş verə biləcəyini bilmir, ona görə də Rusiya şirkətləri “neft quyularının üzərində betonlama” ilə məşğul olmayacaqlar”.

“ABŞ rəsmisi Rusiyanın enerji sahəsində qazancının müharibədən əvvəlki dövrə nisbətən daha yüksək ola biləcəyini etiraf etdi.
Aİ hazırda qazın təxminən 40%-ni Rusiyadan idxal edir.
Blok 2022-ci ilin sonuna kimi Rusiya neftindən asılılığını 90% azaltmağı öhdəsinə götürüb, lakin indiyədək qazla bağlı heç bir öhdəlik götürməyib.

ABŞ Rusiyanın bütün enerji məhsullarına embarqo qoyub. Rusiya enerjisinə qoyulan məhdudiyyətlər Moskvanı Ukraynanı işğal etdiyinə görə cəzalandırmaq üçün nəzərdə tutulub.
Lakin qlobal neft və qaz qiymətlərinin artması o deməkdir ki, ümumi tədarükün azalmasına baxmayaraq, Rusiyanın mənfəəti son aylarda arta bilərdi”.

Prezident Putin bir qrup gənc sahibkarlar qarşısında həmçinin bildirib ki, “Dünya bazarında neftin həcmi azalır, qiymətlər yüksəlir”.

Senatda keçirilən dinləmələrdə “Rusiya indi qalıq yanacaqlarından müharibədən əvvəlki illərlə müqayisədə daha çox qazana bilərmi ?” sualına cənab Hoxman “Mən bunu inkar edə bilmərəm” cavabını verib.

Bunu Rusiya prezidenti cümə axşamı Moskvada Rusiya monarxı Böyük Pyotrun anadan olmasının 350 illiyinə həsr olunmuş sərgidə iştirak etdikdən sonra deyib.

“18-ci əsrin hökmdarı İsveçə qarşı uzun bir ərazi müharibəsi apardı”. Putin bunu Ukraynaya hücumu ilə müqayisə etdi.

“Sizdə elə təəssürat yaranır ki, o, İsveçlə döyüşməklə nəyisə qamarlayırdı. O, heç nə oğurlamırdı, itirdiklərini geri qaytarırdı”, – deyə prezident gənc izləyicilərinə deyib.

“Bizim də borcumuzu geri qaytarmaq və gücləndirməkdir”, – deyə o, Ukraynaya açıq şəkildə istinad edərək bildirib.

 

 

 

 

 

 

 

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu