Digər

Putin İran Prezidenti Pezeşkian ilə telefonla danışdı

Rusiya Prezidenti Vladimir Putin ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub. Bu barədə Kremlin məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Yaxın Şərqdə yaranmış vəziyyət müzakirə olunub. Xüsusilə ABŞ və İsrailin İrana qarşı hərəkətləri nəticəsində regionda artan gərginlik əsas müzakirə mövzularından biri olub.

Putin görüş zamanı Rusiyanın mövqeyini bir daha təkrarlayaraq bildirib ki, mövcud gərginliyin azaldılması və problemin həlli üçün siyasi və diplomatik vasitələrdən istifadə olunmalıdır.

Pezeşkian isə Rusiyanın İrana göstərdiyi dəstəyə, xüsusilə humanitar yardıma görə Putinə təşəkkür edib.

Qeyd edək ki, bir gün əvvəl Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında da telefon danışığı olub. Həmin müzakirə zamanı İran ətrafındakı vəziyyət və problemin siyasi-diplomatik yollarla həlli ilə bağlı təkliflər gündəmə gətirilib.

Kremlin sözçüsü Dmitriy Peskov isə bildirib ki, Rusiya Yaxın Şərqdə vəziyyətin sabitləşməsi üçün öz təkliflərini təqdim edib və bu istiqamətdə səylərini davam etdirməyə hazırdır.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Şirkətlər laboratoriyada süni şokolad hazırlayıb: istehsala 2026-cı ilin sonu planlaşdırılır

Aynur Camal

Alimlər müəyyən edib: bəzi meyvə şirələri COVID-19 virusunun aktivliyini azalda bilər

Aynur Camal

Yarı şəffaf pomadlar yenidən trendlərdə: təbii görünüş və yumşaq tonlar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu