11 C
Baku
7 Dekabr 2024, 21:14
Baş xəbərDünya

Putin Kim Çenqa nadir heyvanlar göndərib

Rusiya prezidenti Vladimir Putin danışıqlar üçün Şimali Koreyaya səfər edən Rusiyanın təbii sərvətlər və ətraf mühit naziri Aleksandr Kozlov vasitəsilə Şimali Koreya lideri Kim Çen Ina hədiyyə olaraq “nadir heyvanlar” göndərib.

Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlıq müxtəlif istiqamətlərə keçib. Rusiyanın təbii sərvətlər və ətraf mühit naziri Aleksandr Kozlov siyasi təmaslar aparmaq üçün Şimali Koreyaya səfər edib.

Şimali Koreya hökuməti Kozlov və Şimali Koreyanın Xarici İqtisadi Əlaqələr naziri Yun Conq Ho arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq protokolunun imzalandığını bildirib.

Müqavilənin məzmunu ilə bağlı məlumat paylaşılmasa da, Rusiya mətbuatı tərəflərin iki ölkə arasında planlı uçuşların sayını artırmaq barədə razılığa gəldiyini açıqlayıb.

Şimali Koreya döyüşmək üçün Rusiyaya hərbi sursatdan əlavə 10 min əsgər göndərib.

Bildirilib ki, Kozlov və onu müşayiət edən nümayəndə heyəti ötən gecə Şimali Koreyanı tərk edib.

Şimali Koreya hökumətinin verdiyi ayrıca bəyanatda Putinin Kozlov və onun nümayəndə heyəti vasitəsilə Kimə hədiyyə olaraq “nadir heyvanlar” göndərdiyi qeyd edilib.

Rusiyanın təbii sərvətlər və ətraf mühit naziri Aleksandr Kozlov onu müşayiət edən nümayəndə heyəti ilə Şimali Koreya-Rusiya Hökumətlərarası Ticarət, İqtisadiyyat, Elm və Texnologiya Əməkdaşlıq Komitəsinin 11-ci iclasında iştirak etmək üçün noyabrın 17-də Pxenyana gedib. Kozlovun səfəri zamanı ölkə lideri Kim Çenq ilə dostluq görüşü keçirdiyi açıqlanıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Ekvadorda zəlzələ zamanı 126 nəfər xəsarət alıb – YENİLƏNİB

Aynur Camal

K vitamini niyə lazımdır?

Aynur Camal

İki yük maşınının toqquşması nəticəsində 1 nəfər öldü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu