Dünya

Putin Pekində: Çin-Rusiya münasibətləri “görünməmiş səviyyəyə” çatıb

Bugun.tv xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Çinə səfərindən dörd gün sonra Rusiya prezidenti Vladimir Putin Pekinə dövlət səfərinə gəlib. Rusiya lideri səfər ərəfəsində yayımladığı videomüraciətdə Çin-Rusiya münasibətlərinin “görünməmiş səviyyəyə” çatdığını bildirib.

Çin dövlət mediasının məlumatına görə, bu, Putinin Çinə 25-ci səfəridir. Analitiklər hesab edirlər ki, ardıcıl yüksək səviyyəli görüşlər Pekinin qlobal diplomatiyada artan rolunu nümayiş etdirir.

Beynəlxalq Böhran Qrupunun baş analitiki Uilyam Yanq bildirib ki, bir neçə gün ərzində həm Donald Trampın, həm də Vladimir Putinin Pekində qəbul edilməsi Çinin beynəlxalq arenadakı mövqeyinə olan inamın göstəricisidir. Onun sözlərinə görə, Çin lideri Xi Jinping Vaşinqtona Pekinin alternativ və güclü tərəfdaşlıqlara malik olduğunu göstərmək istəyir.

Putin çıxışında iki ölkə arasında ticarət əlaqələrinin genişləndiyini vurğulayıb. O qeyd edib ki, Rusiya və Çin arasında hesablaşmalar demək olar ki, tamamilə ABŞ dolları əvəzinə rubl və yuanla həyata keçirilir. Həmçinin iki ölkə arasında qarşılıqlı vizasız rejimin tətbiq olunduğu bildirilib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun isə bildirib ki, Si Cinpin və Vladimir Putinin strateji rəhbərliyi altında Çin-Rusiya dostluğu daha da möhkəmlənəcək.

Məlumata görə, bu il Pekin və Moskva arasında strateji tərəfdaşlıq müqaviləsinin imzalanmasının 30 ili, “mehriban qonşuluq və dostluq əməkdaşlığı müqaviləsi”nin isə 25 ili tamam olur.

Analitiklər qeyd edirlər ki, Rusiyanın Ukrayna müharibəsi səbəbindən Qərb bazarlarını itirməsi Moskvanın Çinlə iqtisadi əlaqələrdən asılılığını daha da artırır. Bu kontekstdə ən diqqətçəkən layihələrdən biri “Sibir Gücü-2” qaz kəməridir. Layihənin reallaşacağı təqdirdə Rusiyadan Çinə illik əlavə 50 milyard kubmetr təbii qaz nəql edilə bilər.

Eyni zamanda, Qərb ölkələri Pekini Rusiyaya iqtisadi və texnoloji dəstək verməkdə ittiham etməyə davam edir. Çin isə bu iddiaları rədd edir.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Avropada Ebola təhlükəsi ilə bağlı beynəlxalq xəbərdarlıq

Aynur Camal

Cənubi Çində güclü yağışlar faciəyə səbəb oldu – onlarla insan həyatını itirib

Aynur Camal

136 milyon TL dəyərində ev pulsuz verilir – tək şərt hamını təəccübləndirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu