25 C
Baku
27 İyul 2024, 4:39
Dünya

Putin Qərbi Rusiyanı parçalamaq istəməkdə günahlandırdı

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Qərb ölkələri Ukrayna ilə bağlı Moskva ilə “bərabər” dialoqdan imtina edib və qarşılarına Rusiyanı “zəiflətmək” və “parçalamaq” məqsədi qoyublar.

“Qərb elitası israrla Rusiyanı “cəzalandırmağa”, onu təcrid etməyə və zəiflətməyə çalışır, Kiyev hakimiyyətini pul və silahla təmin edir. Ölkəmizə qarşı 16 minə yaxın birtərəfli qeyri-qanuni sanksiya tətbiq edilib. Ölkəmizi parçalamaqla hədələyirlər. Onlar bizim xarici aktivlərimizi qeyri-qanuni yolla mənimsəməyə çalışırlar”, – Putin Çinin Sinxua agentliyinə müsahibəsində deyib.

Eyni zamanda, onun fikrincə, məhz Qərbin siyasəti “qlobal təlatümlərə” səbəb olub ki, bunun təzahürlərindən biri də Ukraynadakı müharibə olub. Putin əmin edib ki, Rusiya hərbi münaqişənin sülh yolu ilə “hərtərəfli, davamlı və ədalətli həllini” istəyir.

“Və [biz] Ukrayna üzrə dialoqa açığıq, lakin bu, bu münaqişədə iştirak edən bütün ölkələrin maraqlarını, o cümlədən bizim maraqlarımızı nəzərə alan danışıqlar olmalıdır”, – prezident vurğulayıb. O, danışıqların dayandırılmasını tələb edib…

Mənbə: MoscowTimes

Aynur Camal

Oxşar xəbərlər

Polşa Rusiya neftini Avropaya daşıyan Drujba boru kəmərində sızma baş verdiyini bildirdir

Kəmalə Sultan

İranda 7 nəfər edam edildi

Nigar Məmmədova

Türklər dənizlərin super gücü olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu