17 C
Baku
10 İyun 2025, 6:55
Baş xəbərDünya

Putin taxıl probleminin həllində iştirakına görə Ərdoğana təşəkkür edib

Rusiya Prezidenti Vladimir Putin Ukrayna taxılının tədarükü və Rusiya məhsullarının daşınması probleminin həllində iştirakına görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Rusiya mətbuatı xəbər verir ki, bu barədə Putin Ərdoğanla Soçidə keçirilmiş görüş zamanı bildirib.

“Tədarük prosesinə start verilib. Rusiya ərzaq məhsullarının və gübrələrinin də dünya bazarlarına çıxarılması və fasiləsiz tədarükü haqqında qərar qəbul edilməsinə görə sizə minnətdarlığımı bildirmək istəyirəm”, – Rusiyanın dövlət başçısı deyib.

O, Türkiyə Prezidentinin və BMT-nin Baş katibi Antoniu Quterreşin bu problemin nizamlanmasına verdiyi töhfəni xüsusilə vurğulayıb.

Onun sözlərinə görə, bu addım bir çox ölkə, ilk növbədə, inkişaf etməkdə olan ölkələr üçün vacib rol oynadı və onlara ciddi ərzaq böhranından xilas olmaq imkanı verdi.

V.Putin bunun ərzaq və su təminatı ilə bağlı böyük problemlərin astanasında olan ölkələr üçün çox vacib olduğunu vurğulayıb: “Şəxsən sizin iştirakınızla qəbul edilmiş bu qərarlar bütün bu ölkələr üçün çox böyük əhəmiyyət kəsb edir. Buna görə sizə öz təşəkkürümü bildirirəm”.

Aynur Camal

Oxşar xəbərlər

Həddindən artıq istilər səbəbindən 23 nəfər ölüb

Bugün TV

NATO ölkələri Vilnüs sammitində Ukrayna və İsveçi müzakirə edəcəklər

Nigar Məmmədova

İş yerində partlayış oldu: 3 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu