20 C
Baku
18 Aprel 2024, 9:34
Baş xəbərSiyasət

Ermənilərin milli kimliyinin faciəsi – “doğrular” və “yanlışlar”

“Məşhur erməni “əzabkeşliyinin” əsas səbəblərindən biri də ondan ibarətdir ki, müasir Ermənistanda tam assimilyasiyaya uğramayan, prozelit olmayan və ana dili ilə əlaqəsini saxlayanları da “şortvats” (erməni dilindən tərcümədə “dəyişdirilənlər” deməkdir), yəni “yanlış” dildə danışan və təmiz erməni qanı daşımayan adlandırılırlar”.

Bunu politoloq Fuad Axundov “Vmedia” yutub kanalının yeni filmi olan “Yanlış ermənilər: onlar kimlərdir?” filminə münasibət bildirərkən deyib.

“Bu məntiqlə, məhz onlar – 20-dən çox millətin nümayəndələrinin törəmələri “dəyişdirilənlərdir”, çünki onları zorla erməniləşdiriblər. Onlar üçün ümumi erməni dili müxtəlif etnik qrupların, o cümlədən türkcə sözlərinin olduğu dildir. Ən həqiqi “şortvatslar” olaraq onlar bütün Qarabağ ermənilərini, o cümlədən, məsələn, qıpçaqları və başqalarını guya “düzgün” erməni dilində danışmağa məcbur edirdilər. Özü də məhz onları “dəyişdirilənlər” adlandırırdılar və adlandırırlar da. Əslində isə məhz onlar dəyişməyiblər və dillərini saxlayıblar”, – o bildirib.

“Vmedia” kanalının filmində erməni tarixinin az məlum olan, ermənilərin hər vasitə ilə haqqında danışmamağa çalışdığı tərəfləri açılır. Məsələn, sovet dövlət xadimi və partiya lideri Anastas Mikoyan erməni-qıpçaqları “düzgün” erməni dilində danışmağa məcbur etmək üçün çox səy göstərib. Müqavimət göstərənlər isə o dövrün məlum qanunlarına görə ya sürgünə göndərilib, ya da güllələnib.

“Vmedia”nın yeni videoçarxında bir çox xalqların zorla “erməniləşdirilməsi” prosesi erməni-qıpçaqların acı taleyi timsalında dəqiq göstərilib. Film nadir arxiv və müasir mənbələrə, o cümlədən rusiyalı tədqiqatçı, diyarşünas Eduard Vartanovun kitabı və rusiyalı alim Marina Çuxryayevanın dissertasiyası əsasında hazırlanıb, orada maraqlı paralellər, rusiyalı rejissor Karen Şahnəzərovun müsahibəsindən parçalar yer alıb. Müəlliflər “Ermənistan”ın coğrafi ərazisi anlayışı ilə müasir Ermənistan arasındakı fərqin nə olduğunu və erməni olmağın niyə etnik deyil, dini mənsubiyyət demək olduğunu, yaxud niyə erməni dilində bu qədər fərqli, bir-birindən çox fərqlənən dialektlər olduğunu və niyə bir çox erməni soyadlarında türk kökləri olduğunu izah edirlər.

Aynur Camal

Oxşar xəbərlər

Qəbələ rayon sakinlərindən 10 tüfəng götürüldü

Kəmalə Sultan

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişiklik edildi

Aynur Camal

“Məkə” narkotik alverçilərinin kabusa çevrildi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu