33 C
Baku
20 İyul 2025, 19:13
Digər

Putinin 1990-cı illərdəki vizit kartı hərracda 2 milyon rubla satıldı

Putinin 1990-cı illərdəki vizit kartı Sankt – Peterburqda elektron hərracda iki milyon rubla satılıb.

Bugun.tv xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, 1990-cı illərin əvvəllərində Leninqrad Şəhər Xalq Deputatları Soveti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri vəzifəsində çalışan Putinin vizit kartı satışa çıxarılıb. Vizit kartının başlanğıc qiyməti min rubl idi. Sonda vizit kart iki milyon rubla alınıb. Hərrac saytında onun kim tərəfindən alınması haqqında məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin avtoqrafı Moskvada keçirilən hərracda 340 min rubla satılmışdı.

İntizar Əmirova

Oxşar xəbərlər

Ruhi əsəb xəstəliyindən əziyyət çəkən şəxs itkin düşdü!

Kəmalə Sultan

Həkim arıqlaya bilməməyin əsas səbəblərini açıqladı

Bugün TV

Ayaqqabı alarkən nələrə diqqət etməliyik?

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu