Image default
Baş xəbərDünya

Putinin Kursk bəyanatı

Rusiya prezidenti Vladimir Putin Kursk hücumu ilə bağlı deyib: “Əminəm ki, bu təxribat aktı iflasa uğrayacaq”.

Tuva Respublikasının Qızıl şəhərində tələbələrlə söhbətində o, Ukraynanın 18 faizinə nəzarət edən Rusiya qüvvələrinin şərqdə daha sürətlə irəlilədiyini və Rusiya qüvvələrinin bir neçə kvadrat kilometr ərazini ələ keçirdiyini bildirib.

Rusiya qüvvələrinin Donbasda sürətlə irəlilədiyini deyən Putin, “Uzun müddətdir Donbasda belə bir sürətimiz yox idi. Artıq 200 və ya 300 metr irəliləməkdən danışmırıq. Rusiya silahlı qüvvələri 200-300 metr deyil, kvadrat kilometrlik əraziyə nəzarət edir.

Ukraynanın Rusiyanın Kursk bölgəsinə hücumlarının uğursuzluğa düçar olduğunu bildirən Putin: “Əminəm ki, bu təxribat aktı iflasa uğrayacaq. “Biz mütləq şəkildə Kursk vilayətində Rusiya ərazisini pozan quldurları məhv etməliyik və ümumiyyətlə, onların sərhədyanı rayonlarımızda qeyri-sabitliyə səbəb olan təşəbbüsləri ilə məşğul olmalıyıq”, – o deyib.

Mənbə:  İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Ukrayna: Rusiya 2022-ci ildən bəri yüzlərlə hərbi əsiri edam edib

Aynur Camal

ABŞ alimi Çində casusluq ittihamı ilə 18 aydır həbsdə saxlanılır

Aynur Camal

ABŞ ilk dəfə döyüşdə dəniz dronlarından istifadə etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu