Baş xəbərKriminal

Qəbələdə narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanıldı

Bugun.tv xəbər verir ki, Qəbələdə narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Axtarış zamanı ondan 6 kiloqrama yaxın marixuana götürülüb.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bugun.tv – yə  verilən məlumata görə, keçirilən tədbir zamanı üzərində külli miqdarda narkotik vasitə daşımaqda şübhəli bilinən Ağdaş rayon sakini Əfqan Həsənov saxlanılıb. Onun üzərində daşıdığı çantaya və bağlamalara baxış keçirilərkən ümumi çəkisi 6 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb. Ə.Həsənov saxlanılarkən narkotik vasitələri kolluq əraziyə atıb qaçmağa cəhd göstərsə də, polis əməkdaşlarının çevikliyi nəticəsində o, tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Ə.Həsənovun ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Deputat Ceyhun Məmmədov: Tarixi şəxsiyyətə şəxsi maraqların kölgəsindən baxmaq olmaz

Aynur Camal

Türkiyə Yaxın Şərqdə əsas güclərdən birinə çevrilir

Aynur Camal

Ekspert: Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu