Baş xəbərDigər

“Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi

Bugun.tv xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 8 saylı tam orta məktəbdə yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbiri keçirilib.

Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Anar Xəlilov bütün dünyada “Ağ ölüm” adlandırılan narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı fəsadlardan danışıb. Ümumbəşəri problemə çevrilən bu bəlanın gənclərin həyatında yaratdığı problemlər barədə geniş məlumat verən şöbə rəisi, zərərli maddələrin geniş yayılmasının qarısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən aparılan qətiyyətli tədbirlərdən danışıb.

 

Daha sonra “Erkən nikah və onun fəsadları” mövzusunda da çıxış edən rəis A.Xəlilov qızların yeniyetmə vaxtlarında ailə qurmasının risklər yaratdığını faktlarla əsaslandıraraq, şagirdlərin milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyümələri, inkişaf etmələrinin vacibliyindən danışıb, onlara çoxlu mütaliə etməyi, mükəmməl təhsil almağı tövsiyə edib, gələcəyin yüksək ixtisaslı, müasir biliklərə yiyələnmiş mütəxəssislər kimi yetişmələrinin önəmindən danışıb.

Tədbirdə çıxış edən digər iştirakçılar keçirilən görüşün mahiyyətindən danışaraq, təşkilatçılığa görə Rayon Polis Şöbəsinə təşəkkürlərini bildiriblər.Tədbirinin sonunda narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

İşsiz qalan şəxslərin kredit borcu sığorta hesabına ödənilə bilər

Aynur Camal

Hindistan və Azərbaycan arasında mədəni əlaqələr rəsm sərgisi və ədəbi tədbirlə qeyd olundu

Aynur Camal

Rusiya Türk Dövlətləri Təşkilatına üzv olmaq istəyi etiraz doğurdu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu