21 C
Baku
11 Oktyabr 2024, 15:00
Baş xəbər

Qənirə Paşayevanın əziz xatirəsinə həsr olunmuş ithaf bədii sərgisi keçirilib – FOTOLAR

Sentyabrın 25-də Azərbaycan Milli Xalça Muzeyində mərhum millət vəkili Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş “Qənirə Paşayeva – İTHAF” adlı bədii sərginin açılış mərasimi keçirildi. Bu sərgi, Qənirə xanımın həyatına və irsinə olan dərin sevgi və hörmətin bir ifadəsi olaraq təşkil edildi.

Bugun.tv  xəbər verir ki, tədbirdə ailə üzvləri, dostları və bir çox tanınmış mədəniyyət xadimləri, onu sevənlər bir araya gələrək, Qənirə xanımın xatirəsini bir daha yad etdilər. Sərgi ziyarətçilərə onun həyatının müxtəlif anlarını, mübarizələrini və insanlara olan dərin sevgisini xatırlatdı. Qənirə xanımın ruhu burada, bu məkanın hər küncündə hiss olunurdu. Onun sevgi dolu xatirələri, müsbət enerjisi və insanlara göstərdiyi qayğı, hər birimizin qəlbində yaşamaqdadır.

Bu sərgi, sadəcə bir xatirə deyil, eyni zamanda onun irsinin yaşadılması, gənc nəsillərə ilham verilməsi məqsədini güdür. Qənirə xanımın insanlara olan sevgisi, cəmiyyətə xidmət edərək, onun dəyərlərini yaşatmaq arzusu, bu gün də bizə istiqamət verir.

Sərgidəki hər bir əsər, onun həyat yolunun bir parçasını əks etdirir, onu daha yaxından tanımaq imkanı yaradır. Qənirə xanım, əziz xatirəsi ilə hər zaman qəlbimizdə yaşayacaq. Onun irsinin və dəyərlərinin yaşadılması, bizlərin borcudur. Bu sərgi, onun xatirəsini əbədiləşdirmək, unutulmaz anlarını bir daha canlandırmaq üçün əhəmiyyətli bir addımdır.

Aynur Camal

Oxşar xəbərlər

Bakıda yük qatarı ilə avtomobil toqquşub – YENİLƏNİB + FOTO

Nigar Məmmədova

Adanada 4,5 bal gücündə zəlzələ baş verdi

Kəmalə Sultan

Deputat ölkədəki bahalaşmadan danışdı: “Bəzi sahibkarlar vəziyyətdən istifadə edirlər” – FOTO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu