25 C
Baku
27 İyul 2024, 4:12
Baş xəbərDünya

Qəssam Briqadaları: Qəzza zolağının şimal-qərbində İsrailin hücumunu dəf etdik

Bugun.tv xəbər verir ki, HƏMAS-ın hərbi İzzəddin əl-Qəssam Briqadaları İsrail qüvvələrinin blokada altındakı Qəzza zolağının şimal-qərbindəki Beyt Lahiya qəsəbəsinə hücum cəhdini dəf etdiklərini açıqlayıb. Qəssam Briqadaları tərəfindən verilən yazılı açıqlamada deyilir: “Düşmən (İsrail) Qəzza zolağının şimal-qərbindəki Beyt Lahiya qəsəbəsinə hücuma cəhd edib.

TRT Haber-in məlumatına görə, Açıqlamada Qəssam Briqadalarının İsrail qüvvələrini fərq etməsindən sonra qarşıdurma yarandığı, İsrail qüvvələrinin “Yasin 510” raket və snayperləri ilə müdaxilə edildiyi və bəzi hərbi maşınlara zərər verildiyi bildirilib. Açıqlamada İsrail qüvvələrinin dəf edildiyi hadisədə 1 İsrail zabitinin ağır, 1 əsgərin isə yüngül yaralandığı bildirilib və qarşıdurmaların bəzi nöqtələrdə davam etdiyi qeyd edilib. İsrail ordusu biri zabit olmaqla 2 İsrail əsgərinin yaralandığını açıqlayıb. Açıqlamada rütbəsi dəqiqləşdirilməyən zabitin atılan minaatan gülləsi nəticəsində ağır yaralandığı, Qəzzanın şimalında baş verən qarşıdurmada bir əsgərin isə yüngül yaralandığı bildirilib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Məsciddə nəzir qutularından 13 min manat oğurlayan edən şəxs saxlanıldı 

Kəmalə Sultan

ABŞ-da evin damına düşən cismlə bağlı NASA-dan açıqlama

Teymur Əziz

Qazıntılar zamanı çuxurdan 20-dən çox cəsəd tapıldı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu