16.6 C
Baku
18 May 2025, 3:57
Dünya

Qəzza etirazı: Baş nazirlərə tüstü bombaları atıldı

Hollandiyada Azadlıq Festivalı zamanı səhnəyə tüstü bombası atılıb. Hadisə zamanı tribunada olan Hollandiyanın baş naziri Dik Şof və qonağı Polşanın baş naziri Donald Tusk dərhal səhnədən uzaqlaşdırılıb.

Hollandiyanın Vaqeninqen şəhərində keçirilən azadlıq festivalında Hollandiyanın yeni baş naziri Dik Şof və qonağı Polşanın baş naziri Donald Tusk səhnəyə çıxıb.

Hollandiyanın yeni baş naziri Schoof səhnədə çıxış edərkən tribunaya tüstü bombası atılıb.

Tüstü bombasının səhnədə Polşanın baş naziri Donald Tusku vurduğu görüntülənib.

Hər iki lider təhlükəsizlik qrupları tərəfindən səhnədən uzaqlaşdırılıb.

Tüstü bombası etirazına səbəb Hollandiya rəhbərliyinin Qəzza siyasəti olub.

Hollandiya hökuməti İsrailin Qəzzaya hücumlarına qarşı dəqiq mövqe tutmadığı üçün tənqid edilib.

Schoof və Tusk daha sonra səhnəyə qayıtdılar və “azadlıq odunu” yandırdılar. Bu yanğın bütün Hollandiyada keçirilən 14 müxtəlif Azadlıq Festivalının simvolik başlanğıcını təmsil edir.

Oxşar gərginlik Wageningendə keçirilən başqa bir mərasimdə də yaşanıb. Milli Azadlıq Günü anım mərasimində müdafiə naziri Brekelmans çıxış edərkən fəallar səhnəyə çıxaraq “Azad Fələstin” şüarları səsləndiriblər. Polis 5 nəfəri saxlayıb.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

İsveç televiziyasından məscidləri hədəf alan irqçi siyasətçiyə tənqid: NATO üzvlüyünü daha da çətinləşdirdi

İntizar Əmirova

Axtarışda olan turistlər İndoneziya sahillərində tapıldı

Bugün TV

Böyük qalmaqal! O, başqasının körpəsini dünyaya gətirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu