13 C
Baku
23 Mart 2026, 13:00
Dünya

Qəzzada fəaliyyət göstərən QHT-lər İsrailin təzyiqlərinə qarşı birgə mövqe sərgiləyib

Qəzza xəbərləri, İsrail QHT gərginliyi, humanitar böhran, Al Jazeera, beynəlxalq təşkilatlar, Yaxın Şərq

Qəzza zolağında humanitar yardım göstərən beynəlxalq qeyri-hökumət təşkilatları İsrail hökumətinin yeni tələblərinə qarşı açıq etiraz ediblər. İsrailin “Həkimlər Sərhədsiz” (MSF) təşkilatının fəaliyyətini məhdudlaşdırmasından sonra daha səkkiz beynəlxalq QHT əməkdaşları ilə bağlı detallı məlumat təqdim etməkdən imtina etdiklərini açıqlayıb.

Təşkilatlar bu tələblərin humanitar prinsiplərə zidd olduğunu və yardım işçilərinin təhlükəsizliyini risk altına atdığını bildiriblər. QHT nümayəndələri qeyd ediblər ki, əməkdaşların şəxsi məlumatlarının paylaşılması onların həyatına real təhlükə yarada bilər. Onların sözlərinə görə, bu addım humanitar fəaliyyət üçün “qırmızı xətt” hesab olunur.

İsrail tərəfi isə təhlükəsizlik səbəblərini əsas gətirərək bu tələblərin zəruri olduğunu iddia edir. Beynəlxalq ictimaiyyət isə bölgədə humanitar böhranın daha da dərinləşəcəyindən narahatdır.

Mənbə: Aljazeera.Com

Aynur Camal

Oxşar xəbərlər

Trampdan sərt bəyanat: “İran tamamilə məhv olacaq”

Aynur Camal

Netanyahu və Hersoq İranın vurduğu Arad şəhərinə səfər etdi

Aynur Camal

Dünyada 2,1 milyard insan təhlükəsiz içməli suya çıxış əldə edə bilmir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu