17 C
Baku
10 İyun 2025, 5:05
Baş xəbərDünya

Qəzzada ölənlərin sayı 40 minə çatıb

İsrailin ölüm yağdırdığı Qəzzada can itkisi 39 min 623-ə yüksəlib.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin Qəzza zolağına 304 gündür davam edən hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 3 qırğın törətdiyi vurğulanan açıqlamada, son gündə hücumlarda daha 40 fələstinlinin həyatını itirdiyi, 71 mülki vətəndaşın isə yaralandığı bildirilib.

Açıqlamada, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 39 min 623, yaralıların sayının isə 91 min 469-a yüksəldiyi bildirilib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğuna diqqət çəkib, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədikləri vurğulanıb.

Mənbə:  Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Putin və Kimdən ittifaq bəyannaməsi: Hücum olarsa, bir-birimizə kömək edəcəyik

Aynur Camal

Parisdə yanğın: 149 illik tarixi bina yandı

Aynur Camal

Baş verən dəhşətli qəzada ölənlərin sayı 7-yə çatdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu