İsrailin ölüm yağdırdığı Qəzzada can itkisi 39 min 623-ə yüksəlib.
Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin Qəzza zolağına 304 gündür davam edən hücumları ilə bağlı məlumat verilib.
İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 3 qırğın törətdiyi vurğulanan açıqlamada, son gündə hücumlarda daha 40 fələstinlinin həyatını itirdiyi, 71 mülki vətəndaşın isə yaralandığı bildirilib.
Açıqlamada, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 39 min 623, yaralıların sayının isə 91 min 469-a yüksəldiyi bildirilib.
Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğuna diqqət çəkib, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədikləri vurğulanıb.
Mənbə: Haber Global