23 C
Baku
22 İyul 2024, 3:16
Dünya

Qəzzada şəhidlərin sayı 37 min 658-ə yüksəlib

İşğal rejiminin Qəzza zolağında 7 oktyabr 2023-cü il tarixindən bu yana həyata keçirdiyi hücumlarda şəhid olanların sayı son 24 saatda 32 nəfər artaraq 37 min 658-ə çatıb.

Qəzza Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada işğal rejiminin 263 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

İşğal rejiminin son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 3 “qırğın” həyata keçirdiyi və bu hücumlarda daha 32 fələstinlinin şəhid olduğu, 139 fələstinlinin isə yaralandığı bildirilib.

İşğal rejiminin Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda şəhidlərin sayının 37 min 658-ə, yaralıların sayının isə 86 min 237-yə yüksəldiyi qeyd edilib. Açıqlamada dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin işğal rejiminin maneələri səbəbindən tibb qrupları və mülki müdafiə əməkdaşlarının cəsədlərə çata bilmədiyi də bir daha vurğulanıb.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Ayın səthinə enəcək “Vulkan Kentavr” zondu kosmosa buraxıldı

İntizar Əmirova

Ukrayna qrivnası rekord qiymətə düşüb

İntizar Əmirova

Almaniya İsrailə münasibətini dəyişir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu