Baş xəbərDünya

Qəzzadan daha 114 xəstə müalicə üçün Türkiyəyə gətirilib

Dekabrın 8-də Qəzzadan daha 114 xəstə və 86 xəstə yaxını müalicə üçün Türkiyəyə gətirilib.

Bugun.tv xəbər verir ki, bunu səhiyyə naziri Fahrettin Koca deyib.

Nazir Türkiyəyə yeni xəstələrin gətirilməsi üçün İsrail, Misir və Türkiyə heyətlərindən ibarət koordinasiya qrupunun danışıqlarının davam etdirildiyini bildirib.

Gətirilən xəstələrdən 26-sı uşaqdır. Qəzzadan Türkiyəyə təxliyə edilənlərdən yeddi nəfərin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, iki nəfərin həyatını isə xilas etmək mümkün olmayıb.

İsrail və Misir səhiyyə nazirləri ilə telefon danışıqlarının olduğunu qeyd edən nazir bölgəyə daxil olması üçün icazəsi alınmış 20 ambulansın sərhəddə gözlədiyini, əsas məqsədin səhra xəstəxanasını ən qısa zamanda açmaq olduğunu deyib.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Avstraliyada “Katy Perry” adı ilə bağlı məhkəmə: dizayner pop ulduzuna qarşı qalib gəldi

Aynur Camal

Qlazqoda güclü yanğın: tarixi bina qismən uçdu, dəmir yolu stansiyası bağlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu