25 C
Baku
27 İyul 2024, 4:01
Dünya

Qəzzadan gələn 11 min şagird distant təhsilə yazıldı

Müəllimlər və məktəb direktorları Qəzzalı tələbələri qeydiyyatdan keçirmək üçün könüllü olublar.

Təhsil naziri Emced Berhem Qəzza zolağında tələbələrin təhsildən məhrum edilməməsinə və İsrailin təhsil sisteminə davam edən hücumlarının vurduğu zərərin azaldılmasına ciddi əhəmiyyət verdiklərini bildirib.

Berhem, İsrailin hücumlarına baxmayaraq Qəzzalı tələbələrin təhsil hüquqlarını qorumaq üçün üzərlərinə düşən məsuliyyət çərçivəsində distant təhsil proqramına başladıqlarını bildirib.

Proqram çərçivəsində Qəzza zolağından kənara çıxan 1000 lisey şagirdi xüsusi qaydalara uyğun olaraq 800-ü Misirdə olmaqla yaşadıqları ölkələrdə lisey imtahanlarında iştirak edəcək.

Fələstin Təhsil Nazirliyinin məlumatlarına görə, İsrailin Qəzza zolağı və İordan çayının qərb sahilinə hücumlarının başladığı 7 oktyabrdan bəri 6 min 237 şagird həyatını itirib; 10 min 300 şagird yaralanıb.

İsrailin Qəzzaya hücumlarında 286 dövlət məktəbi və Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) bağlı 65 məktəb zərər gördü; Onlardan 40-ı tamamilə məhv edilib.

Fələstin Təhsil Nazirliyi, İsrailin aylardır davam edən dağıdıcı hücumları səbəbiylə təhsili yarımçıq qalan 11 min Qəzzalı tələbənin İordan çayının qərb sahilində distant təhsilə yazıldığını açıqlayıb.

Nazirlikdən edilən yazılı açıqlamaya görə, Qərb Şəriyədəki 19 məktəb Qəzza zolağından çıxan 11 min şagirdə məsafədən təhsil xidməti üçün qapılarını açıb.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Avstraliyanın bir şəhəri yaxınlığındakı çayda milyonlarla balıq ölüb-VİDEO

Aynur Camal

Baş nazirin yaxın mühafizəçisi həbsdədir

İntizar Əmirova

BMT “Srebrenitsa qırğını”nı soyqırım kimi qəbul etdi! 

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu