Dünya

Qəzaya uğrayan təyyarədən sağ çıxdılar

Azərbaycanın paytaxtı Bakıdan Qroznıya uçan təyyarə Qazaxıstanda qəzaya uğrayıb. Bu barədə bir çox xarici KİV-lər də məlumatlar verilib.

Türkiyənin EnSonHaber saytının yazdığı məlumata əsasən, qəzaya uğrayan təyyarədə olan 25 nəfər sağ-salamat təyyarəni tərk edə bilib.

“Bakı-Qroznı reysini həyata keçirən Azərbaycan Hava Yollarına məxsus “Embraer 190″ tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Qəzadan sonra alovlanan təyyarədə 72 nəfərin olduğu öyrənilib.

Hadisədən sonra bölgəyə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 52 canlı qüvvəsi və 11 texnikası göndərilib.

Xilasetmə qrupları yanğına müdaxilə edib. Qazaxıstan Səhiyyə Nazirliyi 25 nəfərin xilas edildiyini açıqlayıb.

“Azərbaycan Hava Yolları” QSC-dən verilən məlumata görə, təyyarədə 67 sərnişin və 5 ekipaj üzvü olduğu bildirilib.

Qəzadan xilas olmağı bacaran bəzi vətəndaşlar piyada çölə çıxdı. Bu zaman sağ qalanların şokda olduğu və yeriməkdə çətinlik çəkdiyi görülüb.

Hadisə yerinə gələn qruplar cəld müdaxilə edərək xilas edilənləri təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırıblar”.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

“Ulduz müharibələri” filmindəki Tatuinə bənzər planet həyat üçün əlverişli ola bilər

Aynur Camal

BMT araşdırması: Dünya geri dönməyən nəticələri olan qlobal su çatışmazlığı dövrünə daxil olur

Aynur Camal

16 yaşlı gəncin biznesinin dövriyyəsi 1 milyon ABŞ dollarını ötdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu