7 C
Baku
4 Dekabr 2024, 12:43
Baş xəbərDünya

Qəzzada minlərlə insana xidmət göstərən Əqsa Şəhidləri Xəstəxanasında dərman ehtiyatı tükəndi

Bugun.tv xəbər verir ki, 13 gündür İsrail tərəfindən blokada və bombardman altında olan Qəzzada Əl-Əqsa Şəhidləri Xəstəxanasında dərman və tibbi ləvazimat ehtiyatının tükəndiyi bildirilib. Qəzzanın mərkəzi hissəsində yerləşən Deyr əl-Belahdakı Əqsa Şəhidləri Xəstəxanasının direktoru İyad əl-Caberi xəstəxanada vəziyyətin “çox riskli” səviyyəyə çatdığını bildirib.

TRT Haber-in məlumatına görə, Əqsa Şəhidləri Xəstəxanasının Qəzzanın mərkəzi hissəsində minlərlə xəstəyə xidmət göstərdiyinə diqqət çəkən Caberi, “Minlərlə yaralı və xəstənin həyatı təhlükədədir” dedi. Oktyabrın 7-dən etibarən İsrail Qəzzanı bütün giriş-çıxışlara bağladığı üçün xəstəxanadakı mühüm dərman və tibbi ləvazimat ehtiyatı tükənib”. Caberi, İsrailin Qəzzaya tibbi ləvazimatların daxil olmasına icazə vermək üçün beynəlxalq təşkilatları müdaxilə etməyə çağırdığını söylədi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus Qəzzadakı sağlamlıq vəziyyəti ilə bağlı dünən verdiyi açıqlamada ÜST-nin Qəzza üçün bölgəyə göndərdiyi tibbi ləvazimatların 4 gündür sərhəddə gözlədiyini qeyd edib. Qebreyesus, tərəflər arasında zorakılığın dayandırılması lazım olduğunu bildirərək, Qəzzaya həyat qurtaran tibbi ləvazimatların çatdırılmasına başlamaq üçün təcili girişə ehtiyac olduğuna işarə etdi.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Narkotik əməliyyatı: 7 nəzarətə alındı

Teymur Əziz

“Twitter” tərcümə funksiyasını ləğv etdi

Teymur Əziz

Rus kosmonavt BKS-nin komandiri oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu