12 C
Baku
14 Aprel 2026, 22:32
Digər

Qəzzalı gənc qız skeytbordla müharibənin uşaqlarına ümid verir

Qəzza zolağında İsrail hücumlarının davam etdiyi ağır humanitar şəraitdə 16 yaşlı Rimas Dellul adlı gənc qız skeytbordla (kaykay) idmanı ilə həm özünə, həm də ətrafındakı uşaqlara ümid aşılayır.

Məlumata görə, Qəzza şəhərinin Zeytun məhəlləsində yaşayan Rimas Dellul müharibə səbəbindən iki il ərzində təhsil hüququndan məhrum qalıb. O, bu müddətdə yaşadığı travma və itkilərin təsirini azaltmaq üçün ekstremal idman növü olan kaykayla məşğul olmağa başlayıb.

Hələ 9 yaşında aldığı kaykay sonradan onun üçün sadəcə bir hobi deyil, həm də həyata bağlanma vasitəsinə çevrilib. Gənc qız Yermuk stadionuna gedərək bu idmanı inkişaf etdirib və zamanla digər uşaqlara da kaykay öyrətməyə başlayıb.

Rimas Dellul bildirib ki, müharibə səbəbindən bir çox dostu və ailə üzvlərini itirib, məktəblər bağlandığı üçün uşaqlar təhsildən uzaq qalıb. Buna baxmayaraq, idman onun və digər uşaqların gündəlik həyatda yaşadığı stressi azaltmağa kömək edir.

O qeyd edib ki, çətin şəraitə baxmayaraq, uşaqlar kaykay sayəsində bir müddət də olsa bombardman və müharibə reallığından uzaqlaşa bilirlər.

Gənc idmançı gələcəkdə təhsilini davam etdirmək, xaricdə təqaüdlə oxumaq və müharibənin bitməsini arzuladığını bildirib.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

İsrail və Livan arasında tarixi təmas: 1993-dən sonra ilk birbaşa görüş

Aynur Camal

Plovla hansı yeməyi birlikdə yemək olmaz? Hepatoloqdan xəbərdarlıq

Aynur Camal

Dietoloq sağlam həyat tərzi ilə qidalanma pozuntuları arasındakı sərhədi açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu