Baş xəbərDünya

Qəzzaya yardım daşıyan daha 2 təyyarə Misirə yola düşdü

Bugun.tv xəbər verir ki, Səhiyyə naziri Fahrettin Koca Qəzzaya generator və tibbi ləvazimat daşıyan daha 2 təyyarənin Misirə getdiyini açıqlayıb.

TRT Haber-in məlumatına görə, Türkiyə İsrailin hücumları altında olan Fələstinə yardım göndərməyə davam edir. Qəzzalı xəstələrə kömək etmək üçün daha iki təyyarə Misirə yola düşüb.

Səhiyyə naziri Fahrettin Koca sosial media hesabında verdiyi açıqlamada bu məlumatları verib: “Bu iki təyyarədəki yardım əsasən generatorlar və tibbi ləvazimatlardan ibarətdir. Hazırda yardım təyyarələrinin sayı 6-ya çatıb. Yardımlarımızı davam etdirəcəyik. Qəzzəli xəstələrimizə imkan yaratmaq üçün təşəbbüslərimiz təcili olaraq davam edir”.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul etdi

Aynur Camal

AB qarşıdakı 10 ildə 50 min peykin buraxılacağını gözləyir

Aynur Camal

Britaniya Rusiyanın NATO-ya hücum planı barədə məlumatı olmadığını açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu